Bakıda növbəti dəfə sement istehsalçısı barədə iş qaldırılıb

Posted: December 24, 2012 in Xəbərlər

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara yolunda “Laçın-1” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ L1” adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə “Qaradağ L1” adlı M-300 və M-400 markalı sementlərin etiketlərində çəkilərinin 40+_1kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən az olduğu müəyyənləşdirilib.

Leave a comment