Archive for the ‘Maraqlı Məlumatlar’ Category

— Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb.
— Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb.

— Dünyada məşhur olan Barbi kuklalarının sayı İtaliyada və Kanadada olan bu ölkə vətəndaşlarının sayından çoxdur.
— Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.
— Londonun əsas sakinləri «Sent Teri le-Bou» kilsəsinin zənglərinin səsi eşidilən dairədə doğulanlar sayılır.Ardı

Bildiyimiz kimi əksər insanlar üçün zəngli saat güclü qıcıqlandırıcı amildir. ABŞ-ın Ceffri Tomson Neyroakustik Araşdırmalar Mərkəzinin alimləri bunu dəyişməyi qərara alıblar.
 
Məlumata görə, onların işinin nəticəsi «Tranquil Moments» zəngli saatı olub. İstehsalçıların sözlərinə görə, bu saat insanın tez yuxuya getməsinə kömək edir və yuxunun keyfiyyətini yaxşılaşdırır.

Sirr ondan ibarətdir ki, zəngli saat öz arsenalında alfa, delta və teta beyin dalğalarına təsir edən proqrama malikdir. Həmin dalğalar yuxunun fazaları dəyişdikdə bir-birini əvəz edir.

Ardı

Gəlin buketi

Posted: December 21, 2012 in Maraqlı Məlumatlar

Gəlinin toy günü ən önəmli aksesuarlarından biri də güllərdir. Qızların toy günü əlində tutduğu güllərin kökü zəngin mədəni və tarixi adət ənənələr ilə bağlıdır. Qədim dövlərdə bu güllərlə bağlı ən maraqlı adətlər olub.Ardı

Dişlək almanın sirri

Posted: December 21, 2012 in Maraqlı Məlumatlar

Heç kəsin, kompüter haqqında azacıq təsəvvürü olan balaca uşağın da ağlına gələ bilməz ki, «Appl» («Apple») qurucularının satışa buraxdıqları ən müasir, «digərlərindən bir çox üstünlükləri ilə» seçilən ilk fərdi kompüterin cəmi… 8 kbayt yaddaşı varmış. Terminal kimi adi televizordan istifadə zərurəti yaradan bu klaviaturasız kompüterlərin 8 kbaytlıq yaddaşının tam yarısını əsas mənbənin (Beyzik) tutduğunu nəzərə alsaq, müasir kompüterlərin «əcdadına» adamın sadəcə gülməyi tutur. 
Ancaq real tarix budur: Stiv Voznyak adlı gənc xeyli zəhmətdən sonra indi bir çoxlarımızın təbəssümlə qarşıladığı bu kəşfi etmişdi və özünə əqidədaş da tapmışdı: Stiv Cobs. Bəli, həmən əfsanəvi Stiv Cobs – kompüter texnologiyasında qeyri-adi kəşfləri ilə dillər əzbəri olan texnologiya dahisi.
Gəlin, bu inanılmaz tarixə qısaca ekskurs edək…Ardı

ABŞ-dakı Miçiqan Universitetinin mikrobiologiya və molekulyar genetika fakültəsinin əməkdaşı, professor Kazım Kaşefi ilə elektronika fakültəsinin professoru Adam Braun hazırladıqları kompakt laboratoriyada «Cupriavidus metallidurans» adlı bakteriya ilə təbiətdə olan zəhərli kimyəvi turşu, heç bir maddi dəyəri olmayan qızıl xloridini bir araya gətirərək qarışdırıblar.Ardı

Qanuni oğru — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu.
Oğrular 1930-cu illərdə, ağır repressiya illərində meydana gəliblər. Bu dünyanın yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. Onların iddialarına görə, ağır siyasi ortamda və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Böyük Vətən müharibəsi illərində bəzi “qanuni oğrular” Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların “qanunpərəstlər” tərəfindən xəbərçi mənası verən “qancıq” adlandırılmasın səbəb olub. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin “qanuni oğrular” öz ənənələrini qoruyub saxlaya bilirlər.Ardı

Tarixi nadir

Posted: December 21, 2012 in Maraqlı Məlumatlar

Çingiz Xan seks vaxtı ölüb.
Albert Eynşteyn öz telefon nömrəsini heç cür yadda saxlaya bilmirdi.
Hitlerin anası abort etmək istəyirdi, amma həkim fikrindən daşındırıb.
Metro-Qoldvin-Mayer loqotipindəki şir öz təlimçisini çəkilişin səhəri günü öldürüb.
Ofis stolunda bakteriyalar tualetdəkindən 400 dəfə çoxdur.Ardı

100 illik müqavilə

Posted: December 21, 2012 in Maraqlı Məlumatlar

TagiyevHacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir.
Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir, ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki, restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:Ardı

Anonymous

Posted: December 21, 2012 in Maraqlı Məlumatlar

2008-ci ildən başlayaraq söz azadlığı uğrunda mübarizə şüarı altında saytlara kiberhücumların sayı artır.Bu hücumların qurbanı bütün dünyadakı iri müəssisələr, hökumətlər və hətta Vatikan olub. Hücumların məsuliyyətini Anonymous adlı hərəkat öz üzərinə götürüb. Bu hərəkatda heç bir ierarxiya mövcud deyil, iştirakçılar isə cidd-cəhdlə kim olduqlarını gizləyirlər. Bu gün hərəkat siyasətin sərhədinə çox yaxınlaşıb və ən müxtəlif narazılıqların əksi kimi çıxış edir.

Ardı

Kəliməbaz I Sözlər

Posted: December 21, 2012 in Maraqlı Məlumatlar

“Dəftər”lə “literatura”nın, “dəri” ilə “dermatologiya”nın, “cins” ilə “genetika”nın arasındakı etimoloji bağlılıq nədir?

İlk baxışdan heç kimin ağlına da gəlməz ki, görünüşcə büsbütün fərqli olan “dəftər” və “literatura” kəlmələri eyni sözün əsasında yaranıb, amma Şərq və Qərb xalqlarının dillərində fərqli şəkildə inkişaf edib.

Qədim Yunanıstanda yazı vəsaiti kimi papirusdan başqa keçi dərisindən xüsusi şəkildə hazırlanmış “diftera” adlanan lövhədən də istifadə edilirdi. Bu kəlmə sonradan fars dilinə keçdi, oradan isə  azərbaycancaya “dəftər” kimi daxil oldu. 

Ardı