Archive for the ‘Xəbərlər’ Category

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, eyni zamanda, həmin gün Gəncə şəhərində, Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib, ümumilikdə 224 minik avtomobili müharibə əlillərinə təqdim edilib.

Yeni il ərəfəsində Bərdə, Biləsuvar, Ağcabədi, Siyəzən, Balakən və Zaqatala rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.

Dekabrın 25-26-da Ukraynanın Brovarı şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçiriləcək.

Dekabrın 26-dan etibarən “Unibank” ASC-nin 5 000 040 manat həcmində imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospekrtinin yerləşdirilməsi başlayır.

Avropa Komissiyası bazar ertəsi Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında polis xidməti sahəsində əməkdaşlığı nəzərdə tutan yeni proqram qəbul edib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək qəsəbəyə içməli suyun 2 magistral xətdən verilməsi və həmin xətlərə qeyri-qanuni qoşulmalar su təchizatında pərakəndəlik yaradıb. Yeni layihəyə görə, qəsəbəyə içməli su bir mənbədən veriləcək və bu məqsədlə 2467 metr magistral su xətti çəkilib. Bununla paralel olaraq qəsəbənin kanalizasiya şəbəkəsi yenidən qurulur.

“Nurgün Motors” Yeni il öncəsi ideal şəhər avtomobili “Nissan Micra” üçün mikro ilkin ödəniş təklif edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi neft terminalı tətildən sonra normal rejimdə işini bərpa edib.

Türkiyənin Antalya vilayətində ikinəfərlik təyyarə qəzaya uğrayıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib.