Archive for the ‘Müqavilələr’ Category

ALQI-SATQI MÜQAVİLƏSİ

Posted: December 21, 2012 in Müqavilələr
ALQI-SATQI MÜQAVİLƏSİ № ____
Bakı şəhəri “___” _________ 2010-cu il
Bundan sonra “Sifarişçi” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “Birinci şirkətin adı”, direktor Flankəs Məmmədov şəxsində, bir tərəfdən və bundan sonra “İcraçı” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor Məmməd Flankısov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. MÜQAVILƏNIN PREDMETI
1.1 İcraçı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən texniki avadanlıqları (bundan sonra “mallar”) Sifarişçiyə satır və Sifarişçi öz növbəsində alınan (more…)

Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması

§1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar

1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən _____________________________________________

(idarənin, müəssisənin, təşkilatın adı)

Işəgötürəni ___________________________________________________________________________

(vəzifəsinin adı)

_________________________________________________________________________________ ilə

(adı, atasının adı və soyadı)

Işçi __________________________________________________________________________________

(adı, atasının adı və soyadı)

____________________________________________________________________________________

(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı)

___________________________________________________________________________ arasında

(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı)

«___»____________ _____il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi”) müvafiq olaraq bağlanmışdır.

 

1.2. Işçi __________________________________ vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir.

(iş yerinin və vəzifənin, peşənin adı)

1.3. Bu Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

(more…)

GİROV MÜQAVİLƏSİ

Posted: December 21, 2012 in Müqavilələr
 
GİROV MÜQAVİLƏSİ
“ _____” _____________________ 200__ – cı il _______________________________________________
(bağlandığı yer)
____________________________________________________________________________________
(girovqoyan müəssisənin adı, ünvanı)
_____________________________________________________________________________________
(müəssisənin rəhbərinin adı, soyadı, və atasının adı)
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
(bundan sonra “Girovqoyan”) _________________________________________________________
(girov saxlayan müəssisənin adı)
_____________________________________________________________________________________
(müəssisənin rəhbərinin adı, soyadı və atasının adı)
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
(bundan sonra “Girovsaxlayan”) aşağıdakılar haqqında bu müqaviləni bağladılar:
1. ___________________________________________________________________________________
(əsas müqavilənin adı: alqı-satqı, kredit, əmlak kirayəsi, yük daşıması və s.)
__________________________________________________________________________ müqaviləsinə
əsasən girov saxlayan ___________________________________________________________________
(iş və xidmətləri yerinə yetirməyi və ya kredit verməyi)
______________________________________________________________________________ öhdəsinə
götürür.
2. İş və xidmətlər yerinə yetirilənə qədər və ya kredit (faizlə)
_______________________________________________________________________________________
(lazım olmayanın üstündən xətt çəkilməli)
qaytarılana qədər __________________________________________________________________
(girovun predmeti və dəyəri)
___________________________________________________________________________________
___________________________________________________________________________________
_________________________________________________________________________________
_______________girov qoyulur.
Girov qoyulmuş əmlakın siyahısı bu müqavilənin tərkib hissəsidir.
(Əlavə olunur).
3. Girov qoyulmuş əmlak girovqoyanda qalır (və ya girovsaxlayana verilir).
Girov qoyulmuş əmlak_______________________________________________________________
(yazı ilə)
__________________________________________________________________________________
___________manat məbləğində qiymətləndirilir.
“___ ” ____________ 200__cı il tarixli  saylı qiymətləndirmə aktı.
“Girovqoyan” təminat verir ki, bu müqaviləyə əsasən girova verilmiş əmlak başqa mqavilə üzrə girovun predmeti hesab edilmir, borclardan azaddır (və ya həbs qoyulmamışdır).
4. “Girovqoyan” girov qoyulmuş əmlakı tam dəyəri ilə sığorta etdirməyi, girovun predmetinin salamatlığı üçün lazım olan tədbirlər görməyi, girovun predmeti əsaslı və cari təmir etməyi, bu müqavilənin müddəti başa çatana kimi girovun predmetinin başqa hüquqi və fiziki şəxsə girov verməməyi, girovun predmetinin saxlanma vəziyyətini yoxlamaq üçün girovsaxlayana şərait yaratmağı, girovqoyulmuş əmlak satıldıqda kredit və onun faizini ödəməyi, müqavilədən irəli gələn digər öhdəlikləri icra etməyi öhdəlik götürür. Girovsaxlayanın hüquqları və vəzifələri;
Alınmış vəsaitlərin “___” ____________ 200__il tarixli  №-li
əsas müqavilə ilə müəyyən olunmuş müddətdə qaytarılmadığı hallarda, mülkiyyətçidən və ya onun vəkil etdiyi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən qanunvericiliklə müəyyən olunmuş qaydada girov qoyulmuş əmlakı satmağı və əldə olunan məbləği borcun ödənilməsinə yönəldilməsinə tələb etmək.
Girov qoyulmuş əmlakın satışından əldə olunan məbləğ borcun ödənilməsini təmin etmədikdə, qanunla müəyyən edilmiş qaydada borclunun digər əmlakının satışından əldə edilən məbləğ ilə borcun ödənilməsini təmin etmək.
Girovsaxlayan girovqoyanın tələbi ilə öhdəliyin tam və ya qismən icrasını təsdiq edən sənədləri ona verməyə borcludur. Qanunvericilikdə nəzərdə tutulan digər hüquq və vəzifələrdən istifadə etmək.
6. Müqavilə aşağıdakı hallarda xitam edilir:
– girovla təmin olunmuş öhdəçiliyə xitam verildikdə;
– girovun obyektini təşkil edən hüququnun qüvvədə olma müddəti qurtardıqda;
– girov qoyulmuş əmlak məhv olduqda;
– girovun predmeti olan əmlak üzərindəki hüquqlar girovsaxlayana keçdikdə;
– girov qoyulmuş əmlak vaxtından əvvəl satıldıqda;
– bu müqavilədə nəzərdə tutulan şərtlər girovqoyan və girovsaxlayan tərəfindən pozulduqda;
Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
7. Girovqoyan müəssisənin yenidən təşkili zamanı müqavilədə nəzərdə tutulan öhdəlik onun hüquqi varisinə keçir.
8.Bu müqavilə 4 nüsxədə tərtib olunur, onlardan biri girovqoyanda, biri girovsaxlayanda, biri əmlakı idarə edən orqanda və ya fiziki şəxsdə, biri isə (əgər müqavilə tərəflərin razılığı ilə notarial qaydada təsdiq edilmişsə) notariat orqanında qalır.
9.Tərəflərin hüquqi ünvanı:
______________________________ ____________________________
girov qoyan  girov saxlayan
M.Y. İmza: M.Y. İmza:

 

Dəyişdirmə Müqaviləsi

Posted: December 21, 2012 in Müqavilələr

 

Dəyişdirmə Müqaviləsi №______
 
Bakı ş. «___» ______________ 200__ – ci il
________________________________________________________________________________________
(nizamnamə, etibarnamə, dövlət qeydiyyatı şəhadətnaməsinin №-si)
fəaliyyət göstərən, bundan sonra «Satıcı» adlanacaq __________________________________________________
___________________________________________________________________________________________
(hüquqi şəxsin adı, vəzifəsi və yaxud vətəndaşın F.A.A.)
şəxsində bir tərəfdən, __________________________________________________________________________
(nizamnamə, etibarnamə, dövlət qeydiyyatı şəhadətnaməsinin №-si)
______________________________________________________________________ fəaliyyət göstərən, bundan
sonra «Alıcı» adlanacaq _____________________________________________________________ şəxsində digər
(hüquqi şəxsin adı, vəzifəsi və yaxud vətəndaşın F.A.A.)
tərəfdən öz aralarında bu məzmunda müqavilə bağladılar:
1. Satıcı Alıcının mülkiyyətinə ______________________________________________________________, Alıcı isə
(əşyanın adı)
Satıcının mülkiyyətinə ____________________________________________________________ verməyi öhdəsinə
(əşyanın adı)
götürür. Satıcı həm Alıcı, Alıcı həm də Satıcıdır.
2. Satıcının verdiyi əşyanın qiyməti ___________________________________________________ manatdır.
Alıcının verdiyi əşyanın qiyməti isə ____________________________________________ manatdan ibarətdir.
3. Dəyişdirilən malların qiymətləri bərabər olmadığı üçün,
____________________________________________________________ qiymət fərqini ödəməlidir. Qiymət fərqi
(Alıcı və ya Satıcı)
__________________________________________________________________________________________
(Alıcıya və ya Satıcıya bilavasitə malı vermək vəzifəsini icra edənədək və ya icra etdikdən sonra)
__________________________________________________________________ verilir.
4. Tərəflər dəyişdirilən malları bir-birinə vermək vəzifəsini eyni vaxtda icra edirlər.
5. Satıcıya dəyişdirilən mala mülkiyyət hüququ Alıcının həmin malı vermək vəzifəsini icra etdikdən sonra keçir. Alıcıya dəyişdirilən mala mülkiyyət hüququ Satıcının həmin malı vermək vəzifəsini icra etdikdən sonra keçir.
6. Müqavilə imzalandığı andan qüvvəyə minir.
7. Müqavilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.
8. Bu müqavilə üzrə mübahisələr qanunvericiliyə uyğun olaraq baxılıb həll edilir.
ALICI ADINDAN SATICI ADINDAN
 
_______________
“___” _____________ 2010-cu il

 

 
_______________
“___” _____________ 2010-cu il

 

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
ALICI SATICI
Ünvan:

 

 

Ünvan:

 

 

Bank rekvizitləri:

 

 

 

Bank rekvizitləri:

 

 

 

 

BAĞIŞLAMA MÜQAVİLƏSİ

Posted: December 21, 2012 in Müqavilələr

 

BAĞIŞLAMA MÜQAVİLƏSİ №_____
Bakı şəhəri «___» _____________ 200__ – ci il
Bundan sonra “Hədiyyə verən” adlanan Payverən Səxavətliyev şəxsində, bir tərəfdən və bundan sonra “Hədiyyə alan” adlanan Kasıb Qohumov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. Müqavilənin predmeti
1.1. Hədiyyə verən Hədiyyə alana əvəzsiz olaraq əşya _____________________________________verməyi vəd edir. (konkret əşyanın adını göstərməli)
1.2. Hədiyyə verənin əşyanı verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
2. Tərəflərin hüquqları
2.1. Hədiyyə verən vəd etdiyi əşyanı hədiyyə alan onu qəbul edənədək istədiyi vaxt geri götürə bilər.
2.2. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
a) Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
b) Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
v) O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə;
q) Vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri pisləşdikdə;
d) Vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə öhdəlikləri yarandıqda.
2.3. Hədiyyə alan əşyanın (hədiyyənin) verilməsi anına kimi ondan imtina edə bilər, Hədiyyə verən isə hədiyyənin qəbul edilməməsi ilə əlaqədar olaraq ona dəymiş real zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
3. Müqavilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.
4. Bu müqavilə ilə əlaqədar yaranan mübahisələrə qanunvericiliyə uyğun olaraq baxılır.
HƏDİYYƏ VERƏN HƏDİYYƏ ALAN
 
_______________
“___” _____________ 2010-cu il

 

 
_______________
“___” _____________ 2010-cu il

 

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
HƏDİYYƏ VERƏN HƏDİYYƏ ALAN
Ünvan:

 

 

Ünvan:

 

 

Bank rekvizitləri:

 

 

 

Bank rekvizitləri:

 

 

 

 

FRANÇAYZİNQ MÜQAVİLƏSİ

Posted: December 21, 2012 in Müqavilələr
FRANÇAYZİNQ MÜQAVİLƏSİ №___
Bakı şəhəri “___” _________ 20___ il
Bundan sonra “Françayz verən” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “Birinci şirkətin adı”, direktor Flankəs Vaydədənvayov şəxsində, bir tərəfdən və bundan sonra “Françayz alan” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor Sovmin Flankəsov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. Müqavilənin predmeti
1.1. Françayz verən ______________________________________________________________ ilə məşğul olmaq
(sahibkarlıq fəaliyyətinin növü)
üçün haqqı ilə _______________________________________________________________________________
(ərazinin adını göstərməli)
ərazisində müqavilədə nəzərdə tutulan müddətə əqli mülkiyyət obyektlərindən
___________________________________________________________________________________________
(əmtəə nişanı, ticarət markası, xidmət nişanı, firma adı, kommersiya işarəsi, sənaye nümunəsi)
___________________________________________________________________________________________
istifadə hüququnu Françayz alana verir.
1.2. Françayz alan ona verilmiş müstəsna hüquqlardan istifadəni həyata keçirir
___________________________________________________________________________________________
(Françayz verənin ticarət markası ilə mal satmaq, mal istehsal etmək, xidmət göstərmək, onu adı altında maqazin şəbəkəsi açmaq və s.)
___________________________________________________________________________________________
___________________________________________________________________________________________.
1.3. Françayz verən Françayz alana kommersiya sirri haqqında qaydalar gözlənilməklə istehsal sekretini («nou-hau») də verir. «Nou-hau» ______________________________________________________________________________
_______________________________________________________________________________________ verilir.
(həcmini və məzmununu göstərmək)
1.4. Bu müqavilə imzalandığı andan Françayz alan Françayz verən tərəfindən bütün françayz alanlar üçün müəyyənləşdirilən güzəştlərdən istifadə etmək hüququ qazanır.
2. TƏRƏFLƏRIN HÜQUQ VƏ VƏZIFƏLƏRI
2.1. Bu müqaviləyə uyğun olaraq Françayz verən borcludur:
a) Verilmiş hüquqları həyata keçirmək üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları Françayz alana verməyə;
b) Françayz alanın işçilərini təlimatlandırmağa;
v) Françayz alana __________________________________________________________________ istifadə üçün
(əqli mülkiyyət obyektlərinin adı)
lisenziya verməyə;
q) Françayz alana texniki və məsləhət xidməti göstərməyi;
ğ) Françayz alanın işçilərini öyrətməyi, ixtisasını artırmağı;
d) Françayz alanın buraxdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə.
2.2. Bu müqaviləyə uyğun Françayz alan öhdəsinə götürür:
a) Françayz verənin kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etməyi;
b) Françayz verənin istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı;
v) Françayz verənin təlimat və göstərişlərinə riayət etməyi;
q) Buraxdığı məhsulun (işin, xidmətin) keyfiyyətini Françayz verənin buraxdığı analoji məhsulun (işin, xidmətin) keyfiyyətinə uyğunlaşdırmağı.
3. MÜQAVİLƏNİN QİYMƏTİ VƏ QARŞILIQLI HESABLAŞMALAR
3.1. Françayz verən mallara görə Françayz alan tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini Françayz alannın hesabına ödəyir.
3.2. Təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.
3.3. Hazırkı Müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə manatla həyata keçirilir.
3.4. Françayz alan _______________________________________________ məbləğində birdəfəlik daxil olma haqqı
(ilkin)
verir.
3.5. Birdəfəlik daxil olma haqqı Françayz verənə ______________________________
________________________________________________ödəniləcək xərci də əhatə edir.
(öyrətmə, reklam, marketinq və s. üçün)
3.6. Françayzinq haqqının məbləği _________________________________________
(aylıq, rüblük və s.)
təşkil edir.
3.7. Françayz alanla Françayz verən arasında hesablaşma (ödəniş) nəğdsiz qaydada həyata keçirilir.
4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
4.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
4.2 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.
5. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)
5.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
5.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.
6. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI
6.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
6.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.
7. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
7.1 Hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və 31.12.2010-cu ilə qədər etibarlıdır.
7.2 Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.
7.3 Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.
Françayz alan adından Françayz verən adından
 

_______________ Sovmin Flankəsov
“___” _____________ 2010-cu il

 

 

_______________ Flankəs Vaydədənvayov
“___” _____________ 2010-cu il

 

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
“İkinci Şirkətin adı” MMC “Birinci Şirkətin adı” MMC
Ünvan:

 

 

Ünvan:

 

 

Bank rekvizitləri:

 

 

 

Bank rekvizitləri:

 

 

 

 

 

LİZİNQ OBYEKTİNİN ALQI-SATQI MÜQAVİLƏSİ №

Bakı şəhəri “___” ______________ 20___-ci il
Bundan sonra “Satıcı” adlandırılan _____________________________________________ ünvanında yaşayan Alverçiyev Tacir (şəxsiyyət vəsiqəsi AZE № _________________, 00.00.20___-ci il tarixdə ______________ RPİ tərəfindən verilmişdir), bir tərəfdən və bundan sonra “Alıcı” adlandırılan ünvanında yerləşən “Təşkilatın adı” etibarnaməyə əsasən adından hərəkət edən Səlahiyyət Nümayəndəliyev şəxsində(şəxsiyyət vəsiqəsi AZE № _________________, 00.00.20___-ci il tarixdə ______________ RPİ tərəfindən verilmişdir), şəxsində, aşağıdakılar barədə razılığa gəldilər.
1.Müqavilənin predmeti
1.1. Satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş avtomaşının (bundan sonra “Əmlak” adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın bu Müqavilənin 2.1. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür.
1.2. Alıcı Əmlakı Ortada Qalanova lizinqə verilməsi məqsədilə əldə edir.
1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.2.2. maddəsinə əsasən ______________ №-li, “___” ______________ 20___-ci il tarixli Daxili Lizinq Müqaviləsində Lizinq alan qismində çıxış edən şəxs Alıcının bu Müqavilə ilə müəyyən edilmiş bütün tələb hüquqlarına malikdir.
1.4. Satıcı Əmlakı aşağıdakı ünvanda Alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verir. Ünvan: _________________________________________________________________
1.5. Əmlakın qəbul edilməsi Satıcının, Alıcının və ______________ №-li, “___” ______________ 20___-ci il tarixli Daxili Lizinq Müqaviləsində Lizinq alan və ya Alıcının və Lizinq alanın qismində
çıxış edən şəxs tərəfindən imzalanmış qəbul protokolu ilə rəsmiləşdirilir.
1.6. Bu Müqavilənin 1.5. bəndində göstərilənlərin hamısı Qəbul protokolunu imzalandıqdan
sonra Əmlak qəbul edilmiş hesab edilir.
2.Əmlakın qiyməti və ödəniş şərtləri
2.1. Bu Müqavilənin predmeti olan Əmlakın qiyməti _______________________________________ manat təşkil edir.
2.2. Əmlakın qiyməti bu Müqavilə qüvvəyə mindikdən sonra 10 gün ərzində Alıcı tərəfindən Satıcıya ödənilir.
2.3. Bu Müqavilə üzrə bütün ödənişlər manatla aparılır.
3. Tərəflərin hüquq və vəzifələri
3.1.1. Satıcı Əmlakın dəyərinin alınması və Alıcı tərəfindən bu Müqavilə ilə onun üzərinə
qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir.
3.2. Satıcı:
3.2.1. Bu Müqavilə qüvvəyə mindikdən sonra 10 gün ərzində Əmlakın bu Müqavilə ilə müəyyən edilmiş qaydada qəbul edilməsi üçün zəruri tədbirlər görməlidir;
3.2.2. Əmlakın bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş kəmiyyət və keyfiyyət göstəricilərinə cavab verməsini təmin etməlidir;
3.2.3. Əmlaka aid olan bütün ləvazimat və sənədləri Əmlakın təhvil verilməsi ilə eyni vaxtda təqdim etməlidir;
3.2.4. Qarantiya müddəti ərzində Əmlakın aşkar edilmiş qüsurları 3 gün ərzində aradan qaldırılmalı, qüsurların aradan qaldırılması mümkün olmadıqda 3 gün ərzində Əmlakı əvəz etməlidir;
3.2.5. bu Müqavilə ilə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirir.
3.2.6. Alıcı bu Müqavilədə göstərilmiş Əmlakı Satıcıdan almaq və Satıcının bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəliklərinin icra edilməsini tələb etmək hüququna malikdir.
3.3. Alıcı:
3.3.1. Əmlakı Satıcıdan qəbul etməlidir;
3.3.2. bu Müqavilə ilə müəyyən edilmiş qaydada Əmlakın dəyərini Satıcıya ödəməlidir (köçürmə və ya nağd qaydada);
3.3.3. bu Müqavilə ilə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirir.
4. Müqavilənin şərtlərinin dəyişdirilməsi, müddəti və ona xitam verilməsi
4.1. Müqavilə ilə bağlı olan vəvə ya zərurəti yaranan xərcləri satıcı üzərinə götürür.
4.2 Bu Müqavilənin şərtlərinin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün dəyişikliklər yazılı formada aparılır və yalnız tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir. Birtərəfli qaydada aparılmış dəyişikliklər hüquqi qüvvəyə malik deyil.
4.3 Bu Müqavilə tərəflərin öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir.
5. Qarantiya
5.1 Satıcı Əmlaka 1 il müddətinə onun keyfiyyətinə qarantiya verir. Qarantiya müddətinin hesablanması Əmlakın Alıcıya təhvil verildiyi gündən başlayır.
6. Mübahisələrin həlli
ö.l. Bu Müqavilənin icrası ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir.
7. Son müddəalar
7.1.. Bu Müqavilə bərabər hüquqi qüvvəyə malik olan 2 nüsxədə tərtib edilmişdir.
Satıcı adından Alıcı adından
 

_______________ Alverçiyev Tacir
“___” _____________ 20____ il

 

_______________ Səlahiyyət Nümayəndəliyev
“___” _____________ 20____ il

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

Alverçiyev Tacir “Təşkilatın adı”
Ünvan:

 

 

Ünvan:

 

 

Bank rekvizitləri:

 

 

 

Bank rekvizitləri:

 

 

________________№-li,
“___” ______________ 20___-ci il tarixli
lizinq obyektinin alqı-satqı müqaviləsinə
1 saylı Əlavə
Lizinq əmlakının adı:________________________________________________
Buraxılış ili: ______________________________________________________
Texniki göstəriciləri: ________________________________________________
Tip: ____________________________________________________________
Rəngi: __________________________________________________________
Satıcı adından Alıcı adından
 

_______________ Alverçiyev Tacir
“___” _____________ 20____ il

 

_______________ Səlahiyyət Nümayəndəliyev
“___” _____________ 20____ il

 

FAKTORİNQ MÜQAVİLƏSİ

Posted: December 21, 2012 in Müqavilələr
FAKTORİNQ MÜQAVİLƏSİ №___
 
Bakı şəhəri “___” _________ 20___ il
Bundan sonra “Faktor” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “Birinci şirkətin adı”, direktor Flankəs Vaydədənvayov şəxsində, bir tərəfdən və bundan sonra “Müştəri” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor İmkanlı Flankəsov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Müştəri üçüncü şəxsə _______________________________________________________________________
(Mal verməsindən, işlər görməsindən, xidmətlər göstərməsindən)
____________________________________________________________________________irəli gələn pul tələbini
(_______ tarixli _________ №-li müqavilə) Faktora güzəşt etməyi öhdəsinə götürür.
Pul tələbinin məbləği _________________________ manatdır. Həmin tələbin ödəniş müddəti _________________.
1.2. Faktor Müştəriyə _________ məbləğində pul vəsaiti verməyi öhdəsinə götürür.
Həmin vəsaitin verilməsi_________________________________________________________________________
(Müştərinin h/h-na köçürmə yolu ilə, üçüncü şəxsin h/h-na köçürmə yolu ilə)
______________________ həyata keçirilir. Vəsait _____________________________________müddətində verilir.
1.3. Faktor Müştəriyə ___________________________________________________________________________
(Mühasibat uçotunun aparılması, hesabların işlənməsi və s.)
____________________________ əlavə maliyyə xidmətləri də göstərir.
2. FAKTORUN GƏLİRİ
2.1. Bu müqavilə üzrə Faktorun əldə etdiyi gəlir _______________________ manatdan ibarətdir.
2.2. Bu məbləğ Faktorun h/h-na köçürülməklə ödənilir.
2.3. Köçürmə müddəti ______________gündür.
3. TƏRƏFLƏRİN VƏZİFƏSİ VƏ MƏSULİYYƏTİ
3.1. Müştəri müqavilə bağlandığı andan ______________________ gün gec olmayaraq güzəşt edilən tələbin etibarlı
olması barədə sənədləri, yəni _____________________________________________________________________
(müvafiq sənədləri göstərmək: hesab-faktura, qəbz, akt və s.)
_______________________________________________________________________ Faktora təqdim etməlidir.
3.2. Müştəri Faktor qarşısında güzəşt olunan tələbin etibarlı olması barədə məsuliyyət daşıyır.
3.3. Güzəştin predmeti olan tələbin borclu tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini _______________________________________________________ çəkir.
(Faktor və ya Müştəri)
3.4. ________________________________________________________________________ pul tələbinin güzəşti
(Müştəri və ya Müştərinin vəkaləti ilə Faktor)
barəsində borcluya bildiriş verməlidir. Belə halda borclu ödənişi faktor üçün həyata keçirir.
3.5. Faktor güzəştin predmeti olan tələbi başqa faktora yenidən güzəşt edə ____________________________.
(bilər və ya bilməz)
3.6. Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
3.7. Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.
4. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)
4.1. Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
4.2. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.
5. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI
5.1. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
5.2. Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.
6. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
6.1. Hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və 00.00.20___-cu ilə qədər etibarlıdır.
6.2. Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.
6.3. Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.

 

Müştəri adından Faktor adından
 

_______________ Sovmin Flankəsov
“___” _____________ 20___-cu il

 

 

_______________ Flankəs Vaydədənvayov
“___” _____________ 20___-cu il

 

 

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

“İkinci Şirkətin adı” MMC “Birinci Şirkətin adı” MMC
Ünvan:

 

 

Ünvan:

 

 

Bank rekvizitləri:

 

 

 

Bank rekvizitləri:

 

 

 

MÜƏSSİSƏDƏKİ PAYIN ALQI-SATQI MÜQAVİLƏSİ
 
Bakı şəhəri “___” ________ 20__-ci il
Satıcı:
“Şirkətin adı” MMC-nin təsisçisi _____________________________________________ünvanında yaşayan İmkan Flankəsov Brandenburq oğlu (Ş/V AZE №_________, 00.00.20__-ci il tarixdə ________ RPİ tərəfindən verilib)
Alıcı:
______________________________________________________ ünvanında yaşayan Kramzik Pulluyev Manqo oğlu (Ş/V AZE № _______, 00.00.20__-ci il tarixdə _______ RPİ tərəfindən verilib)
Bununla belə Tərəflər hazırkı Müqaviləni aşağıdakı məzmunda bağladılar:
1. Müqavilənin predmeti və qiymət
1.1. Satıcı aşağıda göstərilən payı satır, Alıcı isə həmin payı alır və bu müqavilədə müəyyən olunan haqqı ödəyir.
1.2. Payın məxsus olduğu “Şirkətin adı” Məhdud Məsuliyyətli Cəmiyyəti_____________________________________, Azərbaycan Respublikası ______________________________________________________tərəfindən 00.00.20__-cı il tarixli, ____________________________ qeydiyyat nömrəsi ilə təsdiq edilmiş Nizamnamə və Şəhadətnamə əsasında qeydiyyatdan keçmişdir.
1.3. Satıcı, “Şirkətin adı” MMC-nin təsisçisi İmkan Flankəsov Brandenburq oğlu, “Şirkətin adı” MMC-nin Nizamnamə kapitalında ona məxsus olan ___ manat həcmində __ paydan ibarət ___ payını Kramzik Pulluyev Manqo oğluna ___ manata satdı.
2. Satıcının bəyanət və təminatları
2.1. Satıcı bəyan edir və təminat verir ki:
2.1.1. O, tam hüquqi qabiliyyətlidir, əmlak mülkiyyətçisi olmaq, əmlakdan istifadə etmək və onun üzərində sərəncam vermək, bu müqavilə üzrə öz üzərinə öhdəliklər götürmək və bu öhdəlikləri yerinə yetirmək səlahiyyətinə malikdilər.
2.1.2. O, satılan payın üzərində hüquqi qüvvəsi olan tam, qanuni və müstəsna mülkiyyət hüququna malikdir və bu hüququ təsdiq edən tam hüquqi qüvvəyə malik müvafiq sənədlərə malikdir. Satılan pay hər hansı həbsdən, girov öhdəliyindən və sair öhdəliklərdən azaddır. Satıcı satılan payı bu müqaviləyə əsasən Alıcıya özgəninkiləşdirmək üçün tam hüquqa malikdir.
2.1.3. Nə bu müqavilənin bağlanması, nə də bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi qüvvədə olan qanunvericiliyin hər hansı bir müddəasını, Satıcının tərəf olduğu hər hansı müqavilənin və ya rəsmi sənədin müddəalarını, yaxud Satıcıya münasibətdə qüvvədə olan hər hansı məhkəmə qətnaməsinin, qərardadının, göstərişinin, əmrinin, təlimatının müddəalarını pozmur və onlara zidd deyildir.
3. Satışın həyata keçirilməsi və ödəniş
3.1. Satıcı təsdiq edir ki, Alıcı satılan payın bu müqavilənin yuxarıda göstərilən satış qiymətini Satıcıya bu Müqavilə imzalandığı anda ödəmişdir.
3.2. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üçün xərclər _________________ tərəfindən ödənilir.
4. Digər şərtlər
4.1. Bu müqavilə _________________ nüsxədə tərtib olunmuşdur. Onlardan 1 nüsxəsi notariat kontorunda saxlanılır, digərləri isə tərəflərə verilir.
4.2. Bu müqavilənin icrası, ona dəyişikliklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nizama salınır.
4.3. Bu müqavilə Tərəflərin onu imzaladığı və müqavilənin notariat qaydasında təsdiq edildiyi anından qüvvəyə minir.
5. Payın satışının Satıcı üçün nəticələri
5.1. Hazırkı Müqavilə imzalandığı andan Satıcı müəssisənin təsisçisi statusu ilə bağlı malik olduğu bütün hüquq, vəzifə və öhdəliklərini itirmiş hesab edilir. Payın satın alınmasının Alıcı üçün nəticələri: hazırkı Müqavilə imzalandığı andan Satıcıya məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququ Alıcıya keçir.

Satıcı adından

Alıcı adından

_______ İmkan Flankəsov Brandenburq oğlu

“___” _____________ 20___-cu il

_______________ Kramzik Pulluyev Manqo oğlu

“___” _____________ 20___-cu il

 

PODRAT MÜQAVİLƏSİ

Posted: December 21, 2012 in Müqavilələr
PODRAT MÜQAVİLƏSİ № ___
 
Bakı şəhəri “___” ___________ 20__-ci il
Bundan sonra “Sifarişçi” adlanacaq Əsasnamə əsasında fəaliyyət göstərən «Şirkətin adı» MMC, Direktor Ləl Vəzifəyev şəxsində, bir tərəfdən
və bundan sonra “Podratçı” adlanacaq, fiziki şəxs Əmək Şeybalayev Zəhmətkeş oğlu (Ş/V: AZE № ______________), digər tərəfdən
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

1.1 Müqavilənin qüvvədə olduğu müddət ərzində Podratçı «Şirkətin adı» MMC-nin ________________________ _________________________________________________ (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.
MADDƏ 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1 Sifarişçinin hüquq və öhdəlikləri:

2.1.1 İşlərin göstərilməsinə nəzarət etmək məqsədilə məsul şəxsi təyin edir;
2.1.2 İşlərin göstərilməsi ilə bağlı Podratçıya tapşırıqlar və göstərişlər verir.

2.2 Podratçının hüquq və öhdəlikləri:

2.2.1 Sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək;
2.2.2 Təhlükəsizlik qaydalarına riayət etmək.
2.2.3 …………………………….
2.2.4 …………………………….

MADDƏ 3. HESABLAŞMA QAYDASI

3.1 Ay ərzində görülən işlərə görə muzd haqqı ______________________ AZN təşkil edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sığorta haqqı üzrə ödənişlər tutulduqdan sonra Podratçıya ________________________ AZN miqdarında muzd haqqı ödəniləcək.

3.2 Muzd haqqı ayda bir dəfə nağd ödəniş yolu ilə ödənilir.

MADDƏ 4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

4.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
4.2 İşlərin görülməsi zamanı yüklərin itirilməsinə, korlanmasına və zədələnməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Podratçı birbaşa məsuliyyət daşıyır.
4.3 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilinmədiyi təqdirdə, Azərbaycan Respublikasının yurisdiksiya üzrə məhkəməsində həll edilməlidir.

MADDƏ 5. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI

5.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.

5.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.

MADDƏ 6. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)

6.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
6.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər Tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.

MADDƏ 7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ

7.1 Hazırkı Müqavilə yuxarıdakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və “__” _______20__-ci il tarixinədək etibarlıdır.
7.2 Bu müqavilənin bitməsinə 15 (on beş) gün qalmış, tərəflərdən biri digərini müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq etmədiyi halda, müqavilə növbəti 1 (bir) il müddətinə həmin şərtlərlə uzadılmış hesab edilir.
7.3 Bu müqavilə vaxtından əvvəl birtərəfli qaydada ləğv oluna bilər. Bu halda müqaviləni ləğv etmək istəyən Tərəf 5 (beş) gün əvvəlcədən qarşı tərəfi yazılı sürətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.

Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə Bakı şəhərində iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.

 

 

Podratçı

Sifarişçi adından

_________________________

Əmək Şeybalayev Zəhmətkeş oğlu

“___” ____________ 20__-ci il

“Şirkətin adı” MMC-nin

Direktoru

________________________

Ləl Vəzifəyev

“___” ____________ 20__-ci il