Yükləmələr
ALQI-SATQI MÜQAVİLƏSİ № ____
Bakı şəhəri “___” _________ 2010-cu il
Bundan sonra “Sifarişçi” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “Birinci şirkətin adı”, direktor Flankəs Məmmədov şəxsində, bir tərəfdən və bundan sonra “İcraçı” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor Məmməd Flankısov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. MÜQAVILƏNIN PREDMETI
1.1 İcraçı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən texniki avadanlıqları (bundan sonra “mallar”) Sifarişçiyə satır və Sifarişçi öz növbəsində alınan (more…)
|
Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması§1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar 1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») işəgötürənin səlahiyyətlərini həyata keçirən _____________________________________________ (idarənin, müəssisənin, təşkilatın adı) Işəgötürəni ___________________________________________________________________________ (vəzifəsinin adı) _________________________________________________________________________________ ilə (adı, atasının adı və soyadı) Işçi __________________________________________________________________________________ (adı, atasının adı və soyadı) ____________________________________________________________________________________ (vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı) ___________________________________________________________________________ arasında (təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı) «___»____________ _____il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi”) müvafiq olaraq bağlanmışdır.
1.2. Işçi __________________________________ vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir. (iş yerinin və vəzifənin, peşənin adı) 1.3. Bu Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. |
Dəyişdirmə Müqaviləsi №______
Bakı ş. «___» ______________ 200__ – ci il
________________________________________________________________________________________
(nizamnamə, etibarnamə, dövlət qeydiyyatı şəhadətnaməsinin №-si)
fəaliyyət göstərən, bundan sonra «Satıcı» adlanacaq __________________________________________________
___________________________________________________________________________________________
(hüquqi şəxsin adı, vəzifəsi və yaxud vətəndaşın F.A.A.)
şəxsində bir tərəfdən, __________________________________________________________________________
(nizamnamə, etibarnamə, dövlət qeydiyyatı şəhadətnaməsinin №-si)
______________________________________________________________________ fəaliyyət göstərən, bundan
sonra «Alıcı» adlanacaq _____________________________________________________________ şəxsində digər
(hüquqi şəxsin adı, vəzifəsi və yaxud vətəndaşın F.A.A.)
tərəfdən öz aralarında bu məzmunda müqavilə bağladılar:
1. Satıcı Alıcının mülkiyyətinə ______________________________________________________________, Alıcı isə
(əşyanın adı)
Satıcının mülkiyyətinə ____________________________________________________________ verməyi öhdəsinə
(əşyanın adı)
götürür. Satıcı həm Alıcı, Alıcı həm də Satıcıdır.
2. Satıcının verdiyi əşyanın qiyməti ___________________________________________________ manatdır.
Alıcının verdiyi əşyanın qiyməti isə ____________________________________________ manatdan ibarətdir.
3. Dəyişdirilən malların qiymətləri bərabər olmadığı üçün,
____________________________________________________________ qiymət fərqini ödəməlidir. Qiymət fərqi
(Alıcı və ya Satıcı)
__________________________________________________________________________________________
(Alıcıya və ya Satıcıya bilavasitə malı vermək vəzifəsini icra edənədək və ya icra etdikdən sonra)
__________________________________________________________________ verilir.
4. Tərəflər dəyişdirilən malları bir-birinə vermək vəzifəsini eyni vaxtda icra edirlər.
5. Satıcıya dəyişdirilən mala mülkiyyət hüququ Alıcının həmin malı vermək vəzifəsini icra etdikdən sonra keçir. Alıcıya dəyişdirilən mala mülkiyyət hüququ Satıcının həmin malı vermək vəzifəsini icra etdikdən sonra keçir.
6. Müqavilə imzalandığı andan qüvvəyə minir.
7. Müqavilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.
8. Bu müqavilə üzrə mübahisələr qanunvericiliyə uyğun olaraq baxılıb həll edilir.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
|
BAĞIŞLAMA MÜQAVİLƏSİ №_____
Bakı şəhəri «___» _____________ 200__ – ci il
Bundan sonra “Hədiyyə verən” adlanan Payverən Səxavətliyev şəxsində, bir tərəfdən və bundan sonra “Hədiyyə alan” adlanan Kasıb Qohumov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. Müqavilənin predmeti
1.1. Hədiyyə verən Hədiyyə alana əvəzsiz olaraq əşya _____________________________________verməyi vəd edir. (konkret əşyanın adını göstərməli)
1.2. Hədiyyə verənin əşyanı verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
2. Tərəflərin hüquqları
2.1. Hədiyyə verən vəd etdiyi əşyanı hədiyyə alan onu qəbul edənədək istədiyi vaxt geri götürə bilər.
2.2. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
a) Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
b) Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
v) O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə;
q) Vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri pisləşdikdə;
d) Vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə öhdəlikləri yarandıqda.
2.3. Hədiyyə alan əşyanın (hədiyyənin) verilməsi anına kimi ondan imtina edə bilər, Hədiyyə verən isə hədiyyənin qəbul edilməməsi ilə əlaqədar olaraq ona dəymiş real zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
3. Müqavilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.
4. Bu müqavilə ilə əlaqədar yaranan mübahisələrə qanunvericiliyə uyğun olaraq baxılır.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
|
FRANÇAYZİNQ MÜQAVİLƏSİ №___
Bakı şəhəri “___” _________ 20___ il
Bundan sonra “Françayz verən” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “Birinci şirkətin adı”, direktor Flankəs Vaydədənvayov şəxsində, bir tərəfdən və bundan sonra “Françayz alan” adlanan Əsasnamə əsasında fəaliyyət göstərən “İkinci şirkətin adı” MMC, direktor Sovmin Flankəsov şəxsində digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
1. Müqavilənin predmeti
1.1. Françayz verən ______________________________________________________________ ilə məşğul olmaq
(sahibkarlıq fəaliyyətinin növü)
üçün haqqı ilə _______________________________________________________________________________
(ərazinin adını göstərməli)
ərazisində müqavilədə nəzərdə tutulan müddətə əqli mülkiyyət obyektlərindən
___________________________________________________________________________________________
(əmtəə nişanı, ticarət markası, xidmət nişanı, firma adı, kommersiya işarəsi, sənaye nümunəsi)
___________________________________________________________________________________________
istifadə hüququnu Françayz alana verir.
1.2. Françayz alan ona verilmiş müstəsna hüquqlardan istifadəni həyata keçirir
___________________________________________________________________________________________
(Françayz verənin ticarət markası ilə mal satmaq, mal istehsal etmək, xidmət göstərmək, onu adı altında maqazin şəbəkəsi açmaq və s.)
___________________________________________________________________________________________
___________________________________________________________________________________________.
1.3. Françayz verən Françayz alana kommersiya sirri haqqında qaydalar gözlənilməklə istehsal sekretini («nou-hau») də verir. «Nou-hau» ______________________________________________________________________________
_______________________________________________________________________________________ verilir.
(həcmini və məzmununu göstərmək)
1.4. Bu müqavilə imzalandığı andan Françayz alan Françayz verən tərəfindən bütün françayz alanlar üçün müəyyənləşdirilən güzəştlərdən istifadə etmək hüququ qazanır.
2. TƏRƏFLƏRIN HÜQUQ VƏ VƏZIFƏLƏRI
2.1. Bu müqaviləyə uyğun olaraq Françayz verən borcludur:
a) Verilmiş hüquqları həyata keçirmək üçün zəruri olan bütün texniki və kommersiya sənədlərini və digər informasiyaları Françayz alana verməyə;
b) Françayz alanın işçilərini təlimatlandırmağa;
v) Françayz alana __________________________________________________________________ istifadə üçün
(əqli mülkiyyət obyektlərinin adı)
lisenziya verməyə;
q) Françayz alana texniki və məsləhət xidməti göstərməyi;
ğ) Françayz alanın işçilərini öyrətməyi, ixtisasını artırmağı;
d) Françayz alanın buraxdığı malın (xidmətin, işin) keyfiyyətinə nəzarət etməyə.
2.2. Bu müqaviləyə uyğun Françayz alan öhdəsinə götürür:
a) Françayz verənin kommersiya işarəsini və ya firma adını müqavilədə nəzərdə tutulan qaydada istifadə etməyi;
b) Françayz verənin istehsal sirrini və digər məxfi kommersiya informasiyalarını yaymamağı;
v) Françayz verənin təlimat və göstərişlərinə riayət etməyi;
q) Buraxdığı məhsulun (işin, xidmətin) keyfiyyətini Françayz verənin buraxdığı analoji məhsulun (işin, xidmətin) keyfiyyətinə uyğunlaşdırmağı.
3. MÜQAVİLƏNİN QİYMƏTİ VƏ QARŞILIQLI HESABLAŞMALAR
3.1. Françayz verən mallara görə Françayz alan tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini Françayz alannın hesabına ödəyir.
3.2. Təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.
3.3. Hazırkı Müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə manatla həyata keçirilir.
3.4. Françayz alan _______________________________________________ məbləğində birdəfəlik daxil olma haqqı
(ilkin)
verir.
3.5. Birdəfəlik daxil olma haqqı Françayz verənə ______________________________
________________________________________________ödəniləcək xərci də əhatə edir.
(öyrətmə, reklam, marketinq və s. üçün)
3.6. Françayzinq haqqının məbləği _________________________________________
(aylıq, rüblük və s.)
təşkil edir.
3.7. Françayz alanla Françayz verən arasında hesablaşma (ödəniş) nəğdsiz qaydada həyata keçirilir.
4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
4.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
4.2 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.
5. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)
5.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
5.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.
6. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI
6.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
6.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.
7. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
7.1 Hazırkı Müqavilə Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən axırıncı imzalandığı andan qüvvəyə minir və 31.12.2010-cu ilə qədər etibarlıdır.
7.2 Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 (on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.
7.3 Tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 15 (on beş) gün əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
|
LİZİNQ OBYEKTİNİN ALQI-SATQI MÜQAVİLƏSİ №
Bakı şəhəri “___” ______________ 20___-ci il
Bundan sonra “Satıcı” adlandırılan _____________________________________________ ünvanında yaşayan Alverçiyev Tacir (şəxsiyyət vəsiqəsi AZE № _________________, 00.00.20___-ci il tarixdə ______________ RPİ tərəfindən verilmişdir), bir tərəfdən və bundan sonra “Alıcı” adlandırılan ünvanında yerləşən “Təşkilatın adı” etibarnaməyə əsasən adından hərəkət edən Səlahiyyət Nümayəndəliyev şəxsində(şəxsiyyət vəsiqəsi AZE № _________________, 00.00.20___-ci il tarixdə ______________ RPİ tərəfindən verilmişdir), şəxsində, aşağıdakılar barədə razılığa gəldilər.
1.Müqavilənin predmeti
1.1. Satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş avtomaşının (bundan sonra “Əmlak” adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın bu Müqavilənin 2.1. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür.
1.2. Alıcı Əmlakı Ortada Qalanova lizinqə verilməsi məqsədilə əldə edir.
1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.2.2. maddəsinə əsasən ______________ №-li, “___” ______________ 20___-ci il tarixli Daxili Lizinq Müqaviləsində Lizinq alan qismində çıxış edən şəxs Alıcının bu Müqavilə ilə müəyyən edilmiş bütün tələb hüquqlarına malikdir.
1.4. Satıcı Əmlakı aşağıdakı ünvanda Alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verir. Ünvan: _________________________________________________________________
1.5. Əmlakın qəbul edilməsi Satıcının, Alıcının və ______________ №-li, “___” ______________ 20___-ci il tarixli Daxili Lizinq Müqaviləsində Lizinq alan və ya Alıcının və Lizinq alanın qismində
çıxış edən şəxs tərəfindən imzalanmış qəbul protokolu ilə rəsmiləşdirilir.
1.6. Bu Müqavilənin 1.5. bəndində göstərilənlərin hamısı Qəbul protokolunu imzalandıqdan
sonra Əmlak qəbul edilmiş hesab edilir.
2.Əmlakın qiyməti və ödəniş şərtləri
2.1. Bu Müqavilənin predmeti olan Əmlakın qiyməti _______________________________________ manat təşkil edir.
2.2. Əmlakın qiyməti bu Müqavilə qüvvəyə mindikdən sonra 10 gün ərzində Alıcı tərəfindən Satıcıya ödənilir.
2.3. Bu Müqavilə üzrə bütün ödənişlər manatla aparılır.
3. Tərəflərin hüquq və vəzifələri
3.1.1. Satıcı Əmlakın dəyərinin alınması və Alıcı tərəfindən bu Müqavilə ilə onun üzərinə
qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir.
3.2. Satıcı:
3.2.1. Bu Müqavilə qüvvəyə mindikdən sonra 10 gün ərzində Əmlakın bu Müqavilə ilə müəyyən edilmiş qaydada qəbul edilməsi üçün zəruri tədbirlər görməlidir;
3.2.2. Əmlakın bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş kəmiyyət və keyfiyyət göstəricilərinə cavab verməsini təmin etməlidir;
3.2.3. Əmlaka aid olan bütün ləvazimat və sənədləri Əmlakın təhvil verilməsi ilə eyni vaxtda təqdim etməlidir;
3.2.4. Qarantiya müddəti ərzində Əmlakın aşkar edilmiş qüsurları 3 gün ərzində aradan qaldırılmalı, qüsurların aradan qaldırılması mümkün olmadıqda 3 gün ərzində Əmlakı əvəz etməlidir;
3.2.5. bu Müqavilə ilə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirir.
3.2.6. Alıcı bu Müqavilədə göstərilmiş Əmlakı Satıcıdan almaq və Satıcının bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəliklərinin icra edilməsini tələb etmək hüququna malikdir.
3.3. Alıcı:
3.3.1. Əmlakı Satıcıdan qəbul etməlidir;
3.3.2. bu Müqavilə ilə müəyyən edilmiş qaydada Əmlakın dəyərini Satıcıya ödəməlidir (köçürmə və ya nağd qaydada);
3.3.3. bu Müqavilə ilə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirir.
4. Müqavilənin şərtlərinin dəyişdirilməsi, müddəti və ona xitam verilməsi
4.1. Müqavilə ilə bağlı olan vəvə ya zərurəti yaranan xərcləri satıcı üzərinə götürür.
4.2 Bu Müqavilənin şərtlərinin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün dəyişikliklər yazılı formada aparılır və yalnız tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir. Birtərəfli qaydada aparılmış dəyişikliklər hüquqi qüvvəyə malik deyil.
4.3 Bu Müqavilə tərəflərin öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir.
5. Qarantiya
5.1 Satıcı Əmlaka 1 il müddətinə onun keyfiyyətinə qarantiya verir. Qarantiya müddətinin hesablanması Əmlakın Alıcıya təhvil verildiyi gündən başlayır.
6. Mübahisələrin həlli
ö.l. Bu Müqavilənin icrası ilə bağlı tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəməsi vasitəsilə həll ediləcəkdir.
7. Son müddəalar
7.1.. Bu Müqavilə bərabər hüquqi qüvvəyə malik olan 2 nüsxədə tərtib edilmişdir.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
________________№-li,
“___” ______________ 20___-ci il tarixli
lizinq obyektinin alqı-satqı müqaviləsinə
1 saylı Əlavə
Lizinq əmlakının adı:________________________________________________
Buraxılış ili: ______________________________________________________
Texniki göstəriciləri: ________________________________________________
Tip: ____________________________________________________________
Rəngi: __________________________________________________________
|
Müştəri adından | Faktor adından |
_______________ Sovmin Flankəsov
|
_______________ Flankəs Vaydədənvayov
|
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
“İkinci Şirkətin adı” MMC | “Birinci Şirkətin adı” MMC |
Ünvan:
|
Ünvan:
|
Bank rekvizitləri:
|
Bank rekvizitləri:
|
Satıcı adından |
Alıcı adından |
_______ İmkan Flankəsov Brandenburq oğlu “___” _____________ 20___-cu il
|
_______________ Kramzik Pulluyev Manqo oğlu “___” _____________ 20___-cu il
|