Archive for the ‘Hüquq və Qanunvericilik’ Category

Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır.
Müxtəlif dövlətlərdə yerli özünü idarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.
Yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət  hakimiyyət orqanları sisteminə daxil deyillər. Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər.Ardı

Qanunvericilik prosesi

Posted: December 22, 2012 in Hüquq və Qanunvericilik

Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik fəaliyyəti dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.
Qanunvericilik fəaliyyəti qanunvericilik prosesi vasitəsilə reallaşır. Parlament qanunvericilik fəaliyyətini yerinə yetirərkən qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur.
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir:
1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü);
2) Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması;
3) Qanunun qəbul edilməsi;
4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi.

Ardı

Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsini əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər və referendum zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək hakimiyyət orqanlarının nümayəndələrinə səs verən xalqın əlinə keçir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
Azərbaycan Respublikası vətəndaşları seçmək və seçilmək, referendumda iştirak etmək hüququna malikdir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçkilərdə və ümumxalq səsverməsində -referendumda öz əksini tapır. Hər hansı bir vətəndaşı yalnız məhkəmə vasitəsilə seçki hüququndan məhrum etmək mümkündür.Ardı

Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır.
Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür.
Belə orqanlara məsələn, — Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir.
Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Ardı

Hakimiyyətin 3 əsas funksiyası vardır:
–    qanunvericilik
–    icra
–    məhkəmə
Qanunvericilik hakimiyyəti funksiyasını parlament həyata keçirir. Parlament ölkə əhalisi tərəfindən seçki yolu ilə yaradılan, qanunvericilik hakimiyyətini təmsil edən, demokratik dövlət quruluşunun ayrılmaz hissəsi, dövlət hakimiyyətinin mühüm yollarından biridir.
Azərbaycanda ilk parlament 1918 il dekabrın 7 yaradılmışdır. Parlament bir və ya iki palatalı olur. Bu müəyyən mənada dövlət quruluşu forması ilə əlaqəlidir. Federativ dövlətlərdə adətən 2 palatalı parlament mövcud olur. Parlamentin əsas funksiyaları bunlardır:Ardı

Cəza

Posted: December 22, 2012 in Hüquq və Qanunvericilik

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət — hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı mühüm əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq olunur.
3) Digər inzibati, intizam, mülki — hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət adından məhkəmə tərəfindən tətbiq olunur. Bu, cəzaya ictimai xarakter verir.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr əmələ gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.

Ardı

Hər bir dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanun mövcuddur və bu qanun axırıncı dəfə 8 dekabr 1999-cu il tarixində Respublika Prezidenti tərəfindən təsdiq edilmişdir. Qanunun Əsasnaməsinə görə:
1.  Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar; Ardı

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.

Ardı

Yer səthinin üçdə ikisini əhatə edən okean və dənizləri həmişə insanların diqqətini cəlb etmişdir. Hazırki dövrün bir çox siyasi, iqtisadi məsələləri dənizlərinin, okeanlarının tədqiqi və istifadəsi ilə bağlıdır. Okean və dənizlər hamı üçün geniş su yolu olmaqla yanaşı, çox zəngin heyvan və bitki aləmi, mineral və kimyəvi sərvətləri, tükənməz enerji ehtiyatları deməkdir. Əgər dünya dənizlərindən səmərəli istifadə edilsə ərzaq istehsalının 4-5 dəfə artırmaq olar. Elmi-texniki tərəqqi dənizin dibindən neft, qaz, manqan, qızıl, mis və digər mineral sərvətlər çıxarmağa imkan verir. Yetmişinci illərə nisbətən dənizin dibindən neft çıxarılması 4 dəfə artmışdır,

Ardı

Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər, konkret vətəndaşların şəxsi və ictimai mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə görə nəinki cinayət hesab olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir.
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai — təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən və aradan qaldıran hallar kimi xarakterizə edilsələr də, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 36-40-cı maddələrini əhatə edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir.

Ardı