Türkiyənin Antalya vilayətində ikinəfərlik təyyarə qəzaya uğrayıb.

“Nurgün Motors” Yeni il öncəsi ideal şəhər avtomobili “Nissan Micra” üçün mikro ilkin ödəniş təklif edir.

Avropa Komissiyası bazar ertəsi Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında polis xidməti sahəsində əməkdaşlığı nəzərdə tutan yeni proqram qəbul edib.

Dekabrın 25-26-da Ukraynanın Brovarı şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, eyni zamanda, həmin gün Gəncə şəhərində, Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib, ümumilikdə 224 minik avtomobili müharibə əlillərinə təqdim edilib.

BMT-nin Baş Assambleyasında Azərbaycan hökumətinin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması” adlı qətnamə yekdilliklə qəbul edilib.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar.

Vyana-Bakı (“Austrian Airlines”), London-Bakı (“British Airlines”) və Frankfurt-Bakı (“Lufthansa”) aviareysləri ləğv edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Astara yolunda “Laçın-1” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ L1” adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə “Qaradağ L1” adlı M-300 və M-400 markalı sementlərin etiketlərində çəkilərinin 40+_1kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən az olduğu müəyyənləşdirilib.

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bazar ertəsi Trend-ə bildirib ki, dünən xəstəxanaya 7, bu gün isə 6 nəfər gətirilib.