İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi neft terminalı tətildən sonra normal rejimdə işini bərpa edib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək qəsəbəyə içməli suyun 2 magistral xətdən verilməsi və həmin xətlərə qeyri-qanuni qoşulmalar su təchizatında pərakəndəlik yaradıb. Yeni layihəyə görə, qəsəbəyə içməli su bir mənbədən veriləcək və bu məqsədlə 2467 metr magistral su xətti çəkilib. Bununla paralel olaraq qəsəbənin kanalizasiya şəbəkəsi yenidən qurulur.

Dekabrın 26-dan etibarən “Unibank” ASC-nin 5 000 040 manat həcmində imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospekrtinin yerləşdirilməsi başlayır.

Yeni il ərəfəsində Bərdə, Biləsuvar, Ağcabədi, Siyəzən, Balakən və Zaqatala rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.

Dekabrın 25-də, saat 11:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Premyer Liqada çıxış edən klubların rəhbərliyi ilə görüşü keçiriləcək.

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

“Şimal” elektrik stansiyası yanvar-noyabr aylarında 1,7 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə “Azərenerji” ASC-dən məlumat verilib.

Niderland su altında qala bilər

Posted: December 24, 2012 in Xəbərlər

Antarktidanın qərbindəki buzlaqların əriməsi Niderlandın, eləcə də Banqladeş və Tuvalu dövlətlərinin su altında qalması təhlükəsi yaradır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV ABŞ-dakı Ohayo Dövlət Universitetinin alimlərinin məruzəsinə istinadən xəbər verir.

Bir sıra ölkələrin prezidentləri Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər